“İlin ən yaxşı universitet kitabxanası” media mükafatı üzrə səsvermənin bu günə olan nəticələri

“İNFONEWS İNFORMASİYA AGENTLİYİ” MMC-in təsis etdiyi “İlin ən yaxşı universitet kitabxanası” media mükafatı üzrə səsvermənin bu günə olan nəticələri müəyyən olub.

“İNFONEWS” xəbər verir ki, səsvermədə bugünə qədər ümumilikdə 415 səs toplanmışdır. Səslərin həqiqiliyi araşdırıldıqda 21 səs daha öncə müvafiq hesabdan səsvermədə iştirak edildiyi üçün ləğv edilmiş, 394 səs isə həqiqi hesab edilmişdir.

Səsvermənin bugünə nəticələrinə əsasən:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası 33,8 % səslə 1-ci yerdə, Milli Aviasiya Akademiyasının kitabxanası 18,8 % səslə 2-ci yerdə, Azərbaycan Dövlət İqtisad Universitetinin 24/7 kitabxanası 13,5 % səslə 3-cü yerdə, Gəncə Dövlət Universitetinin kitabxanası 12,9 % səslə 4-cü yerdə, Mingəçevir Dövlət Universitetinin kitabxanası isə 9,1 % səslə 5-ci yerdə qərar tutub.

Bir daha xatırladaq ki, səsvermə 15 yanvar 2020-ci il saat 23:59:59-adək davam edəcək. 

Bütün iştirakçılara uğurlar arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir