26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “İcbari tibbi sığorta” və “Daşınmaz əmlakın icbari sığortası” mövzularında dəyirmi masa keçirilib.

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən dəyirmi masanı giriş sözü ilə açan  MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ilk növbədə, konfrans iştirakçılarına rektor Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə təbrikini çatdırıb.

Dəyirmi masanın aktual mövzulara həsr edildiyini qeyd edən V.Əyyubov ölkədə icbari tibbi sığortanın və daşınmaz əmlakın icbari sığortasının tətbiqi istiqamətində görülən işlərdən və qarşıda dayanan vəzifələrdən danışıb.

MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev “İcbari tibbi sığorta” mövzusunda, Azərbaycan Xalq Sığorta Şirkətinin satış üzrə agenti Fərid Abuşov “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda çıxış ediblər. Məruzələrdə Azərbaycanda icbari tibbi sığortanın və daşınmaz əmlakın icbari sığortasının tətbiqinin zəruriliyi və əhəmiyyəti, mövcud vəziyyət və problemlər, pilot layihədən əldə edilən nəticələr və beynəlxalq təcrübə, pandemiya şəraitinin doğurduğu çətinliklər, sığorta tarifinin əlçatanlığı, sığorta biznesinin davamlı inkişaf şərtləri və digər məsələlərdən bəhs edilib.

Sonra Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov, Azərbaycan Sənaye Sığorta Şirkətinin qəza meneceri Elməddin Nağıyev çıxış edərək Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib, sığorta işinin praktiki aspektlərinə dair fikirlərini bölüşüblər.

Maraqlı müzakirələr şəraitində keçən dəyirmi masada iştirakçıların mövzularla bağlı sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU-da sənaye nümayəndələrinin fəal iştirakı ilə ölkə və region iqtisadiyyatının aktual problemlərinə həsr olunan elmi konfranslar, seminarlar və dəyirmi masaların keçirilməsinə xüsusi önəm verilir.

Azərbaycanda koronavirusa 1 428 yeni yoluxma qeydə alınıb, 4 255 nəfər sağalıb, 38 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb…

Azərbaycan əsgərləri xalqa təşəkkürlərini bildiriblər (FOTO)

Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən əsgərlərimizə bayram sovqatı…

Arzu Məmmədova: “Layihənin bu mərhələsini bitmiş sayıram. Amma yeni mərhələ uzaqda deyil”

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 Kitabxanasının “Qarabağ Kitabxanaları” layihəsi UNEC Könüllüləri…

Nazirlər Kabineti ictimai nəqliyyatın hərəkəti ilə bağlı yeni Qərar qəbul edib

İNFONEWS xəbər verir ki, Nazirlər Kabineti ictimai nəqliyyatın hərəkəti ilə bağlı yeni Qərar qəbul edib. Azərbaycan Respublikasının…

Azərbaycan İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib

İNFONEWS “Adalet.az”-a istinadən xəbər verir. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il keçirilən “Gözəl Quran…

1959 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb, 2219 nəfər cərimələnib

İNFONEWS-da olan məlumata görə, Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi…

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

İNFONEWS “Trend”-ə istinadən xəbər verir. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə…

AzTV-nin binasında dağıntı altında qalan əməkdaşı həlak olub

Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib. Qurumun…

Türkiyə “BioNTech”dən 4,5 milyon doz peyvənd alacaq

Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “BioNTech” peyvəndinin alınması ilə bağlı anlaşma imzalayıb. Trend-in məlumatına…