“İNFONEWS” xəbər verir.
Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq şirkətləri ilə “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.
Bu barədə RBİF məlumat yayıb.
Fonddan bildirilib ki, Rusiya peyvəndin istehsalına dair texnologiyaların Türkiyəyə verilməsinə başlayıb.
Türkiyədə koronavirusa qarşı ildə bir milyon “Sputnik V” peyvəndinin istehsal olunacağı gözlənilir. Preparatdan həm daxili bazarda istifadə olunması, həm də onun xaricə ixrac edilməsi nəzərdə tutulub.