Hikmət Hacıyev Siracla Məhərrəmdən yazdı

“AzTV və Azərtac”ın jurnalistləri Ermənistanın qoşunlarını Kəlbəcərdən çıxararkən qəsdən qoyduğu minanın qurbanına çevrildi”.

“INFONEWS”xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabındakı paylaşımında bildirib.

O, beynəlxalq qurumları həmrəyliyə çağırıb:

“Beynəlxalq qurumları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimovun qəbri nurla dolsun! Allah rəhmət eləsin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir