“Formula-2” yarışında baş verən qəzalar
Bakıda keçirilən “Formula-2” yarışında qəza baş verib.
“İNFONEWS” xəbər verir ki, DAMS komandasından Roy Nissany döngədə qəzaya düşüb.
Hadisə nəticəsində bolid yararsız hala düşüb və pilot trasdan çıxarılıb.
“Trident” komandasının yaponiyalı pilotu Marino Sato isə 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.
Qəzadan sonra Marino Sato sərbəst yürüşə davam edə bilməyib.