Media işçilərinin nəşi Bakıya yola salındı
“İNFONEWS” xəbər verir.
AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Bakıya yola salınıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi isə Göygöl rayonuna yola salınıb.
***
20:38
Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi müayinə üçün Gəncəyə aparılıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hər iki media işçisinin nəşi “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Gəncə şəhər Şöbəsində müayinə edildikdən bir neçə saat sonra Bakı şəhərinə yola salınacaq. Həmçinin hadisə zamanı dünyasını dəyişən Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi Göygöl rayonundakı evinə aparılacaq və sabah dəfn olunacaq.
Allah rəhmət eləsin!