Bu gün “QEYD” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən müharibəsinin qəhrəmanlarını tanı” mövzusunda onlayn formatda tədbir keçirilib.

Bu gün “QEYD” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən müharibəsinin qəhrəmanlarını tanı” mövzusunda onlayn formatda tədbir keçirilib. 

”İNFONEWS” xəbər verir

“QEYD” İctimai Birliyinin xüsusi günlərdə keçiriləcək layihə və tədbirlərinin rəhbəri Lalə Şirinzadə tədbirə:

“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin – amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır” sözləri ilə giriş edib.

 

Daha sonra Vətən müharibəsinin qazisi Ramil Rəcəbli çıxış edərək davam edib. Ramil Rəcəbli Talış kənd Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibənin çətin dönəmindən və Azərbaycan xalqının mərd oğullarından bəhs edib.

Daha sonra Bayram Kərimov davam edib.

Bayram Kərimov Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın ayının 8-də yaralanıb. Döyüşlərə könüllü şəkildə qoşulub.

 

“QEYD” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək, 9 iyun 1993-cü il müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu, parlaq bir səhifə açdı. İyunun 9-da ulu öndərin Bakıya gəlişi Azərbaycanın taleyindəki nigaranlığa son qoydu. Bütün dünyanın izlədiyi bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı – fikirlərini bildirib.

Milli Məclisin əməkdaşı Məmmədli Məmməd müharibə haqqında fikirlərini dilə gətirib. Şəhid ailələrinə ölkənin dəstək olduğunu vurğulayıb. Eyni zamanda “Yaşat fondunun” fəalliyətindən danışıb.

 

Son olaraq isə söz verilib “QEYD” İctimai Birliyinin üzvlərinə. Aysel Xanbabayeva şəhidlər və qazilər haqqında fikir mübadiləsi aparıb.Gənc könüllülərə maraqlı olan sualları qazilər cavablandırıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir