BuBöyük Qurtuluş günümüz Ulu öndərin adı ilə bağlıdır
“İNFONEWS” xəbər verir.
Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Böyük xilaskarlıq qayıdışı Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik – belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs son 17 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son 17 ilin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.
Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur.
Bir Azərbaycan gənci olaraq İlham Əliyevin apardığı uğurlu siyasətin tərəfdarıyam. Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsidir ki, 2020 ci ildə Azərbaycan xalqı işğaldakı torpaqlarını azad etdi. Dəmir yumruq olan Xalqımız hər zaman Prezidentimizin apardıgı uğurlu siyasəti dəstəkləyir. 44 günlük müharibə Azərbaycan xalqının həmrəyliyini göstərdi. Şəhidlərimizin qanı bahasına torpaqlar azad olundu. Ali Baş Komandanın dediyi kimi
“QARABAG BİZİMDİR”
“QARABAĞ AZƏRBAYCANDIR”
YAP Xocalı rayon təşkilatının məsləhətçisi, YAP Xocalı rayon Gənclər Birliyinin sədr müavini Tural Nurməmmədov.