“Gələn il iqtisadiyyatın 1.9 faiz artması proqnozlaşdırılıb” Nazirdən AÇIQLAMA

İNFONEWS -dakı məlumata görə. 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1.9 faiz artması proqnozlaşdırılıb. Beynəlxalq təşkilatların isə proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

M.Cabbarov bildirib ki, İqtisadiyyat Nazirliyi daha nikbin proqnozlarla çıxış edir. Nazir bildirib ki, pandemiya səbəbindən hazırda proqnozlar qeyri-müəyyənlik şəraitində aparılır: “Lakin biz daha nikbinik və nikbinliyimiz Qarabağa böyük qayıdış və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi ilə bağlıdır. Həmin ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir