Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”

Koronavirus, “qara kif”, indi də “yaşıl göbələk”

COVID-19 epidemiyası səbəbindən ağır günlər keçirən Hindistanda işlər getdikcə pisləşir.

“İNFONEWS” oxu.az-a istinadən xəbər verir ki, koronavirusdan sağaldıqdan bir müddət sonra görülən “qara kif”dən əlavə “ağ göbələk” və “sarı göbələk” infeksiyası da yayılmağa başlayıb. Belə xəstələrin sayının 1000-i ötdüyü vurğulanıb. İndi isə koronavirus xəstələrində “yaşıl göbələk” infeksiyası (“Aspergillus göbələyi”) görünüb.

“Yaşıl göbələk” hələlik çox yayılmayıb. Madhya-Pradeşdə 34 yaşlı xəstəyə bu diaqnoz qoyulub. İnfeksiya birbaşa onun ağ ciyərlərinə təsir edib.

Bildirilir ki, 34 yaşlı xəstə koronavirusa yoluxduqdan sonra iki ay xəstəxananın reanimasiya şöbəsində yatıb. Ancaq sağalıb evə buraxıldıqdan qısa müddət sonra onda burundan qanaxma, qızdırma başlayıb, sürətlə arıqlayıb.

Məlum olub ki, pasiyentin ağ ciyərlərinin 90 faizi “yaşıl göbələk” infeksiyasının təsiri ilə zədələnib. Vəziyyəti ağırlaşan və müalicəyə cavab verməyən xəstə Mumbaydakı daha böyük xəstəxanaya köçürülüb.

Həkimlər yeni “yaşıl göbələk” haqqında daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir