Azərbaycanda bu şəxslərə III doza peyvənd vurula bilər
“Son günlər müəyyən analizlərin nəticəsinə baxaraq belə nəticəyə gəlirəm ki, 4-5 ay bundan əvvəl xəstəlik keçirən şəxslərin qanında antitelin miqdarı çox aşağı olur. Belə olan halda həmin insanların xəstələnməsi qaçılmazdır”.
“İNFONEWS” xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “İş vaxtı?” verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.
“Çox güman ki, 3-cü dozanın vurulmasına zərurət yaranacaq. Bu, ilk növbədə risk qrupuna daxil olan insanlara aiddir”, – deyə həkim əlavə edib.