Şənbə-bazar günü ictimai nəqliyyat işləyəcək?
Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.
“İNFONEWS” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Əvvəlcədən də məlumat verildiyi kimi, 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bakı Metropolitenindən isə bildirilib ki, sabah və bazar günü Bakı metrosu işləyəcək.