Ağrıları çox olsa da Məhəmməd Məmmədov topraqlarımızın azadlığı uğrunda döyüşdüyünə görə qürur duyduğunu deyir
“Mi-News“a istinadən bildiririk ki, Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər şöbəsinin əməkdaşları yaralı qaziləri ziyarət edir, onlara yardımlar göstərirlər. Növbəti ziyarət yaralı Qarabağ qazisi Məhəmməd Məmmədov olub.
Məhəmməd 7 ildir ki, “N” hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. O, Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb, bir gözünü itirib, ayağının birindən də çoxsaylı qəlpə yaraları alıb. Ağrıları çox olsa da qazimiz topraqlarımızın azadlığı uğrunda döyüşdüyünə görə qürur duyduğunu deyir: “Şükür Allaha ki, Qarabağı yağı düşməndən azad edilməsində mənim də payım oldu”.
Qazimiz onu ziyarət edən və etməyən hər kəsə minnətdarlığını bildirdi.
#Mingəçevir #Qazi #QızılAyparaCəmiyyəti