Rauf Nağıyevə əməkdar həkim fəxri adı verildi
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə “Əməkdar həkim” fəxri adı verilib.
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında” sərəncam ilə bir neçə səhiyyə işçisinə Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilib.
Həmin şəxslərin siyahısında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevində adı var. Bu münasibətlə ölkənin səhiyyə sahəsində əvəzsiz rolu olan Rauf həkimi təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.