Erməni rəqibindən 1 dəqiqəyə 7 xal qazanaraq Avropa çempionu oldu
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.
Güləş Federasiyasından “İNFONEWS”-a verilən məlumata görə, 55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib.
Bununla da yeniyetmə idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.