Gəncə polisinin rəis müavininə yeni vəzifə verildi

Gəncə Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Süleymanlı yeni vəzifəyə təyin edilib.

 İNFONEWS “Qafqazinfo”- ya  istinadən xəbər verir ki,  müvafiq əmrlə O.Süleymanlı vəzifəsindən azad edilərək Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Oqtay Süleymanlı “Gəncə hadisələri” zamanı şəhid olan polis polkovniki İlqar Balakişiyevin yerinə təyin edilmişdi. Ondan əvvəl isə Binəqədi RPİ-də rəis müavini olub.

Qeyd edək ki, ötən ay Gəncə ŞBPİ-nin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib. Bakı polisinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev isə Gəncə polisinin rəisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir