Paşinyanın partiyası seçkilərdə qalib gəlib
Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.
“İNFONEWS” Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.
Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın “Ermənistan” bloku tutub. Üçüncü yerdə 5,23 faiz səslə Serj Sarkisyanın “Şərəfim var” bloku qərarlaşıb.