Bakıda toz dumanı ilə bağlı AÇIQLAMA
Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, avtomatik stansiyalardan saat 14:00-a daxil olan göstəriciyə əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin qatılığı sanitar normadan 2.6 dəfə yüksək qeydə alınıb.
Peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.