Havanın temperaturu aşağı düşəcək, yağış və dolu yağacaq, külək əsəcək

Havanın temperaturu aşağı düşəcək, yağış və dolu yağacaq, külək əsəcək

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 1-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.

İyunun 29-u axşamdan iyulun 2-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir