Favorit market müştəriləri niyə təhlükəyə atır?
Saytımıza izləyicilərimiz tərəfindən Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən “Favorit market”də (Keçmiş Çörək zavodu adlanan ərazi) müştərilərə xidmətin və marketin təmirinin eyni anda aparılmasını əks etdirən videogörüntülər daxil olub.
“İNFONEWS” xəbər verir ki, sözügedən görüntülərdən aydın şəkildə görsənir ki, bir tərəfdə müştərilər alış-veriş edərkən digər tərəfdədə marketin təmir işi aparılır. Məsələ ilə bağlı market ilə əlaqə saxlamağa çalışsaqda bu cəhdimiz baş tutmadı. Əminik ki, aidiyyatı qurumlar ən qısa zamanda müvafiq tədbirlər görəcəklər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.