“MİLLİ TUR” YAY FORUMU bu dəfə QƏBƏLƏDƏ

“MİLLİ TUR” YAY FORUMU bu dəfə QƏBƏLƏDƏ

“İNFONEWS” xəbər verir.

“Tur+Forum” Yay Forumu layihəsi çərçivəsində növbəti təlim Qəbələdə keçirilib.

“Milli Mənəvi İnkişaf və Həmrəylik” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda bir ilk olan “Tur+Forum” layihəsinin növbəti 3-cü təlimi Qəbələdə baş tutub.

2016-ci ildən aktiv fəaliyyət göstərən təşkilatımız bu günə kimi bir çox uğurlu layihələrə imza atıb. Təşkilatımızın nəzdində formalaşdırılmış Təlim Mərkəzi vardır ki, gənclərin tədris proqramlarını dəstəkləyərək təhsilə yardım göstərir. Yay aylarında təşkilat “Milli Tur” layihəsi çərçivəsində bölgələrə istirahət turları təşkil edır. Bu ildən isə “Milli Tur” layihəsinin yeni formatına start verdik. Yeni layihənin daha faydalı olacağını düşünürük. Belə ki, təşkil edilən turlar əsasən, həm istirahət etmək, həm əylənmək, həm də maariflənmək məqsədi daşıyır. Həmçinin, turlara, əvvəlcə, yalnız gənclərin qatılması nəzərdə tutulurdusa, çoxsaylı müraciətlərdən sonra yaş məhdudiyyəti aradan götürüldü.

Bunu “Milli Mənəvi İnkişaf və Həmrəylik” İctimai Birliyinin sədri, eləcə də tur rəhbəri ictimai-siyasi xadim Rəşad Dadaşov bildirib.

“Hər təlimdə cəmiyyətdə ən çox müzakirə edilən aktual mövzular qoyularaq, respublikamızın tanınmış, geniş izləyici auditoriyası olan təlimçi-ekspertlər dəvət edilir.” – Rəşad Dadaşov sözlərinə əlavə edib.

Yay Forumunun budəfəki spiker qonaqları Bakı Mühəndislik Universitetinin  müəllimi, tanınmış təlimçi Bəhman Qüdsi “Yaradıcı Lider Gənclik” mövzusu və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının müdiri, International Librarian Network (ILN) üzvü, Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının (AKİİA) İdarə Heyətinin üzvü, kitabxanaçılıq üzrə beynəlxalq ekspert Arzu Məmmədova “Kitab oxumağı sevməyənlər üçün: Göydən 3 alma düşdü” mövzusu ilə təlim keçiriblər.

40 nəfərin qeydiyyatı ilə “Yay Forumu – Qəbələ turu”na qatılanlar pandemiya qaydalarına ciddi riayət edərək, maraqlı təlimdə iştirak ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd etmək istərdik ki, “Tur+Forum” Yay Forumu bundan əvvəl İsmayıllı və Quba rayonlarında həyata keçirilib.

“İNFONEWS” komandası adından MMİH İB təşkilatına uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir