Sumqayıt-Bakı sürət qatarının hərəkətində problem yaranıb

Sumqayıt-Bakı sürət qatarının hərəkətində problem yaranıb

“İNFONEWS” xəbər verir.

Sumqayıt-Pirşağı-Bakı sürət qatarının hərəkətində problem yaranıb.

Bu barədə sərnişinlər məlumat yayıblar. Belə ki, Sumqayıt stansiyasından 07:45-də çıxan Sumqayıt-Pirşağı-Bakı istiqamətinfə hərəkət edən 6608 nömrəli sürət qatarı 08:35-də Bakıya çatmalı idi.

Lakin sürət qatarı yarım saatdan çoxdur ki, gecikir. Hələlik gecikmənin səbəbi bilinmir.

Sərnişinlərin sözlərinə görə, gecikmənin səbəbləri “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir