“Peşə məktəbinə maraq hər il artır”
“İNFONEWS” xəbər verir.
Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. Sonu bağlı olan kanal idi. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. İndi insanlar yüksək peşə ixtisas təhsilində öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər.
Bunu təhsil naziri Emin Əmruyllayev deyib.
Nazir bildirib ki, peşə təhsilə maraq artacaq: “Biz bu prosesi artıq müşahidə edirik. Belə ki, son ildə peşə təhsilinə 30 % məzun gəlmək istəyib. Vacib məsələ peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib. Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstərisindən daha yaxşıdır. Oxşar modelli peşə məktəbləri Bərdə və Cəlilabad rayonlarında da tikilib”.
E.Əmrullayev bildirib ki, məzunların işlə təminatında peşə təhsili böyük potensiala malikdir: “Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Bir çox bölgələrdə peşə təhsil müəssisəsi yoxdur. Peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.