104 ölkədə ”Delta” ştammı aşkarlanıb
“İNFONEWS” xəbər verir.aş
Azərbaycanda tapılan ”Delta” ştammı 104 ölkədə aşkarlanıb.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Baş infeksionist bildirib ki, xarici ölkədən gələn şəxsdən 72 saat əvvəl götürülən test neqativ ola bilər:
“Amma həmin şəxs ölkəyə daxil olduqdan sonra testin nəticəsi pozitiv çıxa bilər. Xəstəlik gizlilik dövründən çıxır və test nəticəsi pozitiv olur. Bəzən PZR testi qeyri-qanuni yollarla da əldə olunur”.