Qurban bayramı Qarabağda da qeyd olunacaq

Qurban bayramı Qarabağda da qeyd olunacaq

“İNFONEWS” xəbər verir.

Bu il əvvəlki illərdən fərqli olaraq, işğaldan azad olunmuş torpaqlarımızda da Qurban bayramı qeyd olunacaq.

Bunu AQTA-nın şöbə müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı ilə bağlı sualları cavablandırarkən bildirib.

Q.Əbdüləliyev deyib ki, hər il olduğu kimi, bu il də heyvanların sağlamlığı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib:

“Təəssüf ki, bu il də bayramı pandemiya şəraitində qeyd edəcəyik. Buna görə xüsusilə diqqətli olmalıyıq. Qurban bayramı ətin daha çox istehlak olunduğundan xüsusi nəzarət tələb edir”

AQTA rəsmisinin sözlərinə görə, qurbanlıqların satışı həm də onlayn şəkildə həyata keçiriləcək:

“Onlayn sifarişlər Bakı, Sumqayıt, Abeşronda fəaliyyət göstərən marketlər şəbəkəsi vasitəsilə həyata keçiriləcək. Heyvanları diri, bütöv cəmdək və hissələrə ayrılmış şəkildə sifariş vermək olar. Həmçinin qurbanlıqların təyinatı üzrə çatdırılması da həyata keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir