İNFONEWS xəbər verir ki, Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib:
“Hesab edirəm ki, biz icbari tibbi sığortaya keçdiyimiz üçün səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”.
“TƏBİB özünü doğrultmayıb, bu qurum ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır. İri dövlət şirkətlərinin isə 51 faizi dövlətdə saxlanılmaqla, 49 faizi özəlləşdirməyə çıxarılmalıdır”, – deyə deputat təklif edib.