Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb

Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb

Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

“İNFONEWS” xəbər verir ki, Kiyev şəhər polisindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir