Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, “Fırat qalxanı” antiterror əməliyyatı rayonunda Türkiyə Ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, “Fırat qalxanı” antiterror əməliyyatı rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir