“Delta plus” ştammının 3 əsas əlaməti – Daha iybilmə itməyəcək
Hazırda dünyada üstünlüyü ələ alan “Delta plus” variantı Hind ştammının bir növüdür.
Artıq bizə qonşü bütün ölkələrdə “Delta plus” variantı aşkarlanıb.
“İNFONEWS” “medicina.az”a istinadən xəbər verir ki, Kral London kollecinin genetik epidemioloqu Tim Spektor hind ştammının insanlarda əvvəlki koronavirus variantlarından fərqli təsir və təcrübə göstərəcəyini bildirib.
“Delta plus”la hind ştammının əlamətləri analoji olaraq oxşardır.
Alim 3 əsas simptomu açıqlayıb: güclü baş ağrıları, boğazda ağrı, burun tutulması. Bütün bunlar kəskin halsızlıqla davam edir.
Klassik, əvvəlki koviddə isə yüksək hərarət, öskürək, dad iybilmənin itməsi ilə başlayırdı.
Tima Spektor deyir ki, hind ştammında qoxu bilmənin itməsi çox nadir rast gəlinir.
Alimlər bildirir ki, “delta plus”a yoluxma çox asan və sürətlidir. Vaksin olunmuşlar da bundan qorunmur.