Qarabağ və pandemiyayla bağlı proqnozları gerçəkləşən Vanqadan 2021-ci il “sürprizləri”

“Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar”.

İNFONEWS “Adalet.az”-a istinadən xəbər verir.

Bu sözləri dünya şöhrətli bolqar görücü Vanqa hələ 30 il əvvəl -1990-ci ildə Qarabağın qaranlıq taleyi ilə maraqlanan bir qrup azərbaycanlıya söyləmişdi. Azərbaycan bu il Ermənistan üzərində şaldığı qələbə Dağlıq Qarabağdakı son döyüşlər Vanqanın 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı verdiyi proqnozları yenidən gündəmə gətirdi və heyrətləndirməyə bilmədi.

Məşhur görücünün 2020 illə bağlı digər öncəgörüləri

Vanqanın bu 2020-ci illə bağlı dedikləri çoxlarını heyrətə gətirdi. O, deyibmiş ki, beş iki bir yerdə olanda yer kürəsində bütün insanlığı əhatə edən hadisə baş verəcək. Planeti elə bir virus bürüyəcək ki, yüz minlərlə insan məhv olacaq. Bu barədə Rusiya mətbuatında Vanqanın yaxın dostu, jurnalist Sergey Kostorni məlumat verib. Deyib ki, mən hesab edirəm Vanqa koronavirusu nəzərdə tutub: “Onun söylədiyi beş dənə iki olan tarixlər isə ya 22.02.2020 ya da, 02.12.2020 – dir”.Vanqanın dediklərinə görə, bu virus hardasa vəbadan dönmə bir virusdur və tarixdə nə vaxtsa olub, bu onun ikinci “həyatı” olacaq.

Mütəxəssislərin fikrincə, koronavirus 1965-ci ildə də olub və sonradan onun növləri yayılıb.

Vanqanın 2021-ci il dünya ilə bağlı proqnozları

Proqnozlar Rusiya və dünya ilə bağlıdır. Vanqanın proznozlarına görə, Azərbaycanın şimal qonşusu Rusiyada gələn il demoqrafik itkilər olacaq. Lakin bunun öhdəsindən qısa müddətdə gəlmək mümkün olacaq. Bununla yanaşı Rusiya bir çox ölkələrin ona qarşı çıxması ilə də qarşılaşa bilər. Amma bu onu ruhdan salmayacaq, əksinə daha da möhkəmləndirəcək.

Dünyaya gəldikdə isə Vanqa 2021-ci ildə pul əskinaslarının yoxa çıxacağını deyib. Bundan başqa gələn il tibb sahəsində də görünməmiş yüksəlişlər qeydə alınmalıdır.

Vanqanın bəzi proqnozları isə belədir:

Orqan klonlamaq: Vanqanın təxminlərinə görə, orqanlar 2046-cı ildə klonlanacaq və beləliklə bəzi xəstəliklərin müalicə üsulları asanlaşacaq.

Kommunizm geri gələcək: 2076-cı ilədək kommunizm Avropaya və dünyanı hər yerinə geri dönəcək.

Sualtı sivilizasiyalar: 2130-cu ilə qədər sivilizasiyalar su altında yaşamağı öyrənəcəklər.

Müsəlmanlar Avropanı işğal edəcək: İddialara görə, Vanqa müsəlmanların Avropanı işğal edəcəyi ilə bağlı bir çox proqnoz verib. Bundan başqa Böyük Müsəlman müharibəsinin də Suriyada baş verəcəyini dilə gətirib.

Dünyanın ölümü: 3797-ci ilə qədər Dünyadakı hər şey yox olacaq. Lakin insanlar yeni ulduz sisteminə köçə biləcək.

Xatırladaq ki, bundan öncədə onun 11 sentyabr hadisələri, 2004-cü ildə minlərlə insanın həyatına son qoyan sunamidən “brexit”ə qədər bir çox proqnozu reallaşmışdı. O, 2020-ci ildə Avropanın iqtisadi vəziyyətinin pisləşəcəyini də demişdi. Bu il dünyanı cənginə alan koronavirus pandemiyası dünyanın bir çox ölkələrinə olduqca böyük maddi ziyan vurub. İş yerlərinin fəaliyyəti dayanıb, sərhədlər bağlanıb. Nəticədə ölkələrə külli miqdarda maddi ziyan dəyib. Uzun sözün qısası, inanmamaq əldə deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir