Şəhidin bank kartından pul oğurlandı
İyulun 26-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3 960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.