SOCAR-ın idarə rəisi vəzifəsindən azad olundu
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr dəyişikliyi olub.
“İNFONEWS” oxu.az-a istinadən xəbər verir ki, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı təsdiq edib.
O bildirib ki, V.Əliyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.