“İNFONEWS “ xəbər verirki, tanınmış Təhsil ekperti Elçin Əfəndi abituriyentlərin ixtisas seçimi ilə vacib məqama toxunaraq açıqlama verib. Açıqlamanı təqdim edirik:
Diqqət!
Valideynlərin və abituriyentlərin nəzərinə!
Müəyyən qrup dələduzluqla məşğul olan şəxslər tərəfindən abituriyentlərə, xüsusi olaraq da II və III ixtisas qrupunun abituriyentlərinə indidən (seçimlər hələ başlamayıb) ixtisas seçimləri ilə bağlı müraciət etmələri üçün çağırışlar var.
Nəzərinizə çatdırım ki, hələ Nazirlər Kabineti ATM-lərin plan yerlərini təsdiq etməyib. Bundan əlavə Dövlət İmtahan Mərkəzi 4 saylı Abituriyent jurnalını çap etməyib. Bunlardan da əlavə hələ ümumi statistik məlumatlar elan olunmayıb ki, bu da 10 avqustdan sonra elan olunacaq. İxtisas seçimlərinin təsdiqi müəyyən vaxt arealından aparılır. Məsələn, 15-30 avqust, və ya 18-30 avqust aralığı və s.
Bütün bunları nəzərə alaraq bu kimi çağırışlara inanmamağı, aldanmamağı tövsiyə edirəm. Lazımi məqamda hər kəsə lazım olacaq məlumatları Dövlət İmtahan Mərkəzi və biz verəcəyik!
Elçin Əfəndi