Dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mərdəkan” və “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.