Hava proqnozu Bəxtiyar Heydərlinin təqdimatında

Hava proqnozu Bəxtiyar Heydərlinin təqdimatında

“İNFONEWS” xəbər verir.

Təbəssümü ilə qəlbləri fəth edən, düşmənləri qorxuya salan balaca igidimiz Bəxtiyarın təqdimatında 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Avqustun 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

QEYD:

“İNFONEWS” komandası olaraq, yay fəslinin rəngarəngliyini, hər yerdə tətil abu-havasının olmasını və əlbəttə ki, gündəmi bəzəyən gül balalarımızın isti hava, dondurma, əyləncə, gəzinti sevincini nəzərə alaraq, bu gündən saytın “Hava haqqında” bölməsini sevimli balacaların iştirakı ilə layihəsinə start veririk.

İlk buraxılışımızı 44 günlük Vətən Müharibəsi zamanı Gəncə hadisələrindən tanıdığımız, yaralı olduğu halda belə özünün  təbəssümü ilə həm dünyaya, həm də düşmənlərə mesaj verən, hər dəfə şəklini-videonusu izləyənlərin ona min kəz “gülüşünə qurban olum” deyilən balaca igidimiz Bəxtiyar Heydərli ilə təqdim edirik.

Layihəmizdə istirak etmək vermək istəyənlər öz övladının şəklini bizə göndərə bilərlər.

Əlaqə: +994519401526
Mail: [email protected] ; [email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir