“Can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə təşəkkürümü bildirirəm”
“İNFONEWS” xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı böhran mərkəzində olub, Türkiyənin birinci şəxsinə ölkəsində baş verən yanğınlar barədə məlumat verilib.
Öz növbəsində Türkiyə Prezidenti meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu barədə Rəcəb Tayyib Ərdoğan öz rəsmi “Twitter” hesabında paylaşım edib.
“Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin dönəmi ən qısa zamanda keçəcəyik. Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm”, – deyə Türkiyə Prezidenti qeyd edib.