Yaponiyada koronavirusa yoluxma sayı yüksəlməkdə davam edir
“İNFONEWS” xəbər verir.
Yaponiyada son sutka ərzində 14,2 min nəfər koronavirusa yoluxub.
Bu, pandemiyanın əvvəlindən etibarən ölkədə qeydə alınan ən yüksək göstərici olub.
Eyni zamanda, Yay Olimpiya Oyunlarının keçirildiyi paytaxt Tokioda da 4 166 nəfər virusa yoluxub ki, bu pandemiya dövründə qeydə alınan ən yüksək göstəricidir.
Tokioda xəstəxanalarda yer çatışmazlığının olduğu deyilir. İyulun 15-dən etibarən evdə müalicə almaq məcburiyyətində qalan şəxslərin sayı 11 dəfə artaraq 10 min nəfərə çatıb.
Bu günədək Yaponiyada koronavirusa yoluxanların sayı 972 minə çatıb, 15,2 min nəfər vəfat edib.
Ölkənin bəzi prefekturalarında avqustun 2-dən 31-dək fövqəladə vəziyyət elan edilib.