Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “BioNTech” peyvəndinin alınması ilə bağlı anlaşma imzalayıb.
Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Fahrettin Koca “Twitter” sosial şəbəkə hesabında bildirib.
Bildirilir ki, bu il “BioNTech” vaksinindən 550 min ədədi Türkiyəyə gətiriləcək. Ümumilikdə anlaşmaya əsasən gələn il mart ayının sonunadək 4,5 milyon doz peyvəndin alınması nəzərdə tutulur.
Türkiyəli nazir daha əvvəl ölkəyə 26 dekabrda Çinin “Sinovac Biotech” şirkətinin peyvəndlərinin çatdırılacağı barədə məlumat veirb.