Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5 043 nəfər vəfat edib, aktiv xəstə sayı 9 118 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, ötən müddət ərzində isə ümumilikdə 4 083 746 test aparılıb.