Azərbaycanda koronavirusa yoluxma sayı yenidən yüksəlir 

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən yüksəlir 

“İNFONEWS” xəbər verir.

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1242 yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 min 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 334 min 258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 7 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 819, bu günə qədər isə ümumilikdə 4 milyon 94 min 565 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir