Hava proqnozu Simurq Abbaszadənin təqdimatında
“İNFONEWS” -un start verdiyi “Hava proqnozu həyatımızı bəzəyən balacaların təqdimatında” lahiyəsi davam edir.
Bu buraxılışda hava haqqında məlumatı ailəsi ilə Norveçdə yaşayan balaca soydaşımız Simurq təqdim edir:
Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, avqustun 7-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39 °, bəzi yerlərdə 40-41° isti, Respublikanın rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.