Yayda gözlərə qulluq edilməlidirmi?

Yayda gözlərə qulluq edilməlidirmi?

Yay özünəməxsusluğu, rəngarəngliyi, əyləncədolu olması ilə bərabər hər kəsdən səhhətinə yetərincə qulluq tələb edən fəsildir. Bu fəsildə tez-tez rastlaşdığımz şikayətlər sırasında gözlərin qaşınması, qızarması, sulanması və digər əlamətlərin olmasıdır.

“İNFONEWS” komandası olaraq, bu mövzulara aydınlıq gətirmək üçün  suallarımızı respublikanın aparıcı tibb müəssisələri sırasında yer almış “Stimul Hospital” xəstəxanasının oftalmoloq-həkimi Lalə Mikiyeva cavablandırdı.  

İNFONEWS: – Lalə xanım, yayda ən çox eşitdiyimiz şikayətlər gözlərlə bağlıdır. Xalq arasında “isti idi, tər gözümə düşdü; basseyndə çimdim, indi gözün tor görür; elə bil nə isə yedim gözüm qaşınır”,- bu kimi ifadələri eşidirik. Bu barədə izləyicilərimizə nə deyə bilərsiniz?

Lalə Mikiyeva: – Yay mövsümündə havaların isinməsi, dəniz və hovuz sezonunun başlanması ilə gözün allergik və infeksion xəstəliklərinin artması izlənilir. Buna səbəb saatlarla qızmar günəş altında zaman keçirmək, kirli əllərlə gözün ovuşdurulması, xlorlu hovuzlarda xlorun gözü qıcıqlandırıcı təsiri və ya yetərincə xlorlanmayan hovuzlarda infeksiya riskidir.

İNFONEWS: – Ümumiyyətlə, yayda gözlərə xüsusi qulluq olunmalıdırmı? 

Lalə Mikiyeva: – Bəli, gözlərə qulluq mütləqdir. Yuxarıda sadalanan bütün bu problemlərlə üzləşməmək üçün, xüsüsən də, koronovirus pandemiyasini nəzərə alaraq, gigiyenik qaydalara düzgün riayət etmək, əllərin, gözlərin, kirpiklərin gigiyenasina diqqət etmək lazımdır. Hovuza xüsusi su gözlükləri ilə daxil olmaq gözləri xlorun və bakteriyalarin zərərli təsirindən qoruyur. Günəş vannası qəbul etməyin isə ən ideal zaman seçimi səhər saat 11:00-ə kimi və 17:00-dan sonradır. Həmçinin, qoruyucu gün eynəklərindən istifadə olduqca zəruridir.

Qeyd edək ki, respublikamızın aparıcı oftalmoloq həkimi Lalə Mikiyeva Azərbaycan Tibb Universitetinin məzunu, ATU-nun Göz xəstəlikləri kafedrasının həkim-internası, Türkiyədə “Sağlık Bilimleri Üniversitesi Ümraniye Eğitim ve Araştırma Hastanesi”ndə stajot doktor kimi çalışıb, Almaniyanın Bonn xəstəxanasında elmi-praktik seminarlarda uğurla iştirak edib, 2020-ci ildə “İlin həkimi” adına layiq görülüb, eləcə də bir çox fəxri fərmanlar, diplomların sahibidir.

İNFONEWS komandası adından hörmətli həkimimiz Lalə Mikiyevaya dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir