Təhsil müəssisələrinin mənfəəti vergiyə cəlb edilirmi?
“İNFONEWS” xəbər verir.
Vergi Məcəlləsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən, sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, mənfəət vergisindən azaddır.
Dövlət Vergi Xidmətinin məlimatına görə, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi isə ümumi qaydada mənfəət vergisinə cəlb edilir.