Kitabsevərlərin sayının artması diləyilə bayramınız mübarək!

Kitabsevərlərin sayının artması diləyi ilə bayramınız mübarək!

 

 “İNFONEWS” xəbər verir.

9 avqust – Dünya Kitabsevərlər Günüdür.

Bu gün ABŞ-da mütaliə sevənlər arasında qeyri-rəsmi bayram kimi qeyd edilməyə başlansa da, qısa zaman içərisində dünyanın bir sıra ölkələrində də bəyənilərək, keçirilir. Nəticədə isə 9 avqust Dünya Kitabsevərlər günü kimi qeyd edilməyə başlayır.

Axtarış etsəniz, bu gün haqqında yetərincə məlumat əldə etmək olar.  Mən isə Sizə diqqətimi çəkən bir neçə tarxi əhvalatdan ikisini söyləmək istərdim.

Bağdad xəlifəsi Vəzir əs- Sahib dünyanın ən məşhur kitabsevəri sayılıb. O, 100 mindən ibarət kitabxanasını min il öncə yaratmışdır. Ömrünün çox hissəsini hərbi səfərlərdə keçirən bu insan kitablarından bir gün də olsun ayrılmamışdır. Belə ki, hara getməyindən asılı olmayaraq, həmişə onu əlifba sırası ilə düzülmüş, yükü kitablar olan dəvə karvanı müşayiət edirmiş. Təkcə onun hazırladığı kitab kataloqu isə 10 min tomdan ibarət imiş. Bu, ona lazım olan kitabı dəvə karvanından asanlıqla tapmağa yardım edirmiş.
İkinci hadisə isə məşhur yazıçı Ernest Heminqueyin oxucularla gürüşü haqqındadır. Görüş zamanı yaranan mübahisə zamanı yazıçı mərc edir ki, dünyanın ən qısa və ürəkləri kövrəldən hekayəsini yaza bilər. Və yazıçı bu mərci udur.
Hekayə isə belə idi:
“Uşaq çəkmələri satılır. Heç geyinilməyib…”
Kitabsevərlərin sayının artması diləyi ilə bayramınız mübarək!
Arzu Məmmədova
UNEC KİM-in 24/7 kitabxanasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir