Oğuzda avtomobil qəzaya uğrayıb

Oğuzda avtomobil qəzaya uğrayıb

“İNFONEWS” xəbər verir.

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Qumlaq-Xalxal avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-BY-294 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı zərbənin gücündən avtomobilin mühərriki qoparaq yol kənarına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir