Bu il təhsilə 1.3 milyard manatdan çox pul xərclənib
“İNFONEWS” xəbər verir.
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri açıqlanıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq 1 milyard 363,0 milyon manat icra edilib.
Təhsil xərcləri 1 milyard 450,1 milyon manat proqnoza qarşı 94,0 faiz və ya 87,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,6 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra edilib.