“Şöhrət” ordenli sabiq deputat vəfat etdi

“Şöhrət” ordenli sabiq deputat vəfat etdi 

“İNFONEWS” xəbər verir.

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə “Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1999-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

ALLAH RƏHMƏT ELƏSİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir