“…ƏN GÖZƏL ÇİÇƏKLƏRİN RUHUNA KÖKLƏNİB RUHUM…”

“İNFONEWS” xəbər verir ki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə “Eşqdən o yana” kitabını təqdim edir.

Kitabın müəllifi: Əhməd Qəşəmoğlu

Layihə çərçivəsində heç vaxt şeirlər kitabı tövsiyə etməmişdik. Kitabı görən kimi, şeirləri oxuduqca anladım ki, poeziya sevərlərə bu kitab ən gözəl töhfədir.  Kitabın müəllifi hörmətli professor Əhməd Qəşəmoğlu publisist, sosioloq, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, şair və müasir poeziyamızın ən parlaq nümayəndələrindən biridir.

Eşqdən o yana” kitabından seçmələr:

  • …filosofların, yaradıcılıqla məşğul olan insanların əksəriyyəti, xüsusilə  şairlər tez-tez eşqin qüdrətindən, onun uca bir məqam, bütün dünyanın mövcudluğunun əsas şərti olduğundan danışır. Amma… bu eşqi yaradan qüvvə, aləm də var axı… İnsanın dərindən dərk edə bilməyəcəyi, yalnız varlığını duya biləcəyi bir aləm… O aləm ahənglə şölə verir. Ahəng olmayan yerdə eşq ola bilməz ki… Mənim şeirlərim o aləmdən danışmaq istəyir… Qəlbim o aləmə köklənib.
  • …ən gözəl çiçəklərin ruhuna köklənib ruhum…
    itməyim vecimə deyil bir zərrə də…
    gözlərimi yumduqca qalxıram göylərin dərinliyinə …
  • Ahəng – Allahın dəsti-xəttidir, Allahın insanlar tərəfindən duyulan əlamətidir. Ahəng yolu Allahın yoludur. Eşq – ahəngin təntənəsidir. Eşq – Allahın bütün kainatı bir sonsuz varlıq kimi yaşadan qüdrətidir. Eşq – bütün kainata nizam verən bir qüvvədir. Eşqdən o yana – bu qüdrəti, qüvvəni yaradan İlahinin sirlər aləmidir…
  • Eşq – gözləri qamaşdıran, beyinlər coşduran, bəzən öz sehri ilə insanları çaşdıran parlaqdan parlaq bir işıqdır… Eşqdən o yanakı aləmə kökləndikcə eşqin gözəlliyi, müqəddəsliyi, ilahiliyi insan ruhunu daha doğmalıqla oxşayır… Eşqdən o yanakı aləmin qüdrəti köməyiniz olsun!…

Hazırladı: Arzu Məmmədova, UNEC

#SıraSəndə

@uneclibrary

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir