BMT-dən Əfqanıstandakı terror təhdidinə qarşı ÇAĞIRIŞ

BMT-dən Əfqanıstandakı terror təhdidinə qarşı Çağırış

“İNFONEWS” xəbər verir.

BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti Əfqanıstanda qlobal terror təhdidinə qarşı birləşməyə və insan hüquqlarının qorunmasına çağırıb.

O, bunu BMT TŞ-nin Əfqanıstanda hakimiyyətin Taliban tətəfindən ələ keçirilməsindən sonra keçirilən fövqəladə iclasda deyib.

Antonio Quterreş bildirib ki, dünya Əfqanıstandakı xaos, qarmaqarışıqlıq, qeyri-müəyyənlik və qorxunu izləyir:

“Taliban başda olmaqla, bütün tərəfləri birlik olmağa çağırıram. Beynəlxalq ictimaliyyət Əfqanıstanda insan haqlarının qorunması üçün bir araya gəlməli və tək səs olmaldır.

Ölkə miqyasında insan haqlarına qarşı qorxuducu, ciddi məhdudiyyət xəbərləri gəlir. Əfqanıstandakı qız uşaqları və qadınlar ən qaranlıq günlərə dönmə qorxusu yaşayırlar.

Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaliyyəti Əfqanıstanda qlobal terror təhdidinin qarşısını almaq və əsas insan hüquq və azadlıqlarını qorumaq üçün əlindəki bütün vasitələri istifadə etməyə, həmrəy olmağa, birlikdə işləməyə və birlikdə hərəkət etməyə çağırıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir