“WhatsApp” yeni ildən bəzi telefonlarda işləməyəcək

İNFONEWS  xarici KİV-ə istinadən xəbər verir ki, gələn ilin yanvar ayının 1-dən etibarən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.Bu tətbiq bəzi cihazlarla uyğunluğunu dayandıracaq. Buna iOS 9, Android 4.0.3-dək yenilənməyən mobil cihazlar, həmçinin “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.

Məlumata görə, “WhatsApp” messencerinin “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S” versiyalarında işləyə bilməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır.

İstifadəçilərə vacib məlumatların itirilməməsi üçün yazışmaların ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir